
Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində iştirak edir
Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) “WSIS -2016” – İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (World Summit on the Information Society) öz işinə başlayıb.
Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RYTN) verilən məlumata görə, informasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Sammit çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə – Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
trend.az
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda mobil cihazların qeydiyyatı ilə bağlı qaydalar sərtləşdirilib
Prezident İlham Əliyev Milli Məclisin “Telekommunikasiya haqqında” qanunda etdiyi dəyişiklikləri təsdiqləyib. “Report” xəbər verir ki, dəyişikliklərə […]
-
Naxçıvanın daha iki dövlət qurumunun saytı “gov.az” domeninə köçürülüb
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzinin saytları “gov.az” zonasına köçürülüb. Xüsusi […]
-
“Azersky” peyki ilə ölkədəki su təsərrüfatı sahələri monitorinq edilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC […]