MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan-Niderland iqtisadi əlaqələri müzakirə edilmişdir

Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində mayın 11-də Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşlar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Niderlandlı qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmiş, “Əbədi Məşəl” kompleksinə əklil qoymuşlar.

Sonra İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının iqtisadi işlər naziri Henk Kampla görüşmüşdür. Görüşdə Şahin Mustafayev Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulamışdır. Ölkələrimiz arasında əməkdaşlıq üçün müvafiq qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycanın qeyri-neft sektoruna Niderland şirkətləri tərəfindən təkcə son üç ildə 330 mln. ABŞ dollarından çox investisiya yatırılmışdır. Qeyd edilmişdir ki, hazırda Azərbaycanda 112 Niderland şirkəti fəaliyyət göstərir. Bir sıra Niderland şirkətləri Azərbaycanda  rellaşdırılan layihələrdə podratçı qismində iştirak edirlər. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Görüşdə kənd təsərrüfatı, İKT, enerji, turizm, ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, Niderland şırkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, aqroparklarda  iştirakı, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq, birgə sərgi, yarmarka və təqdimatların keçirilməsi təklif edilmişdir. Mayın 17-də Bakıda keçiriləcək növbəti Niderland – Azərbaycan biznes forumu da iş adamları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacaqdır.

Niderland Krallığının iqtisadi işlər naziri Henk Kamp Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətini vurğulamışdır. Henk Kamp Azərbaycanda həyata keçirilən iqtisadi islahatları müsbət qiymətləndirmiş, Niderland şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top
%d bloggers like this: