Azərbaycan mobil internetin orta sürətinə görə reytinqdə neçəncidir? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan mobil internetin orta sürətinə görə reytinqdə neçəncidir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin oktyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında 30,48 MB/S sürətlə 121-ci yerdə qərarlaşıb.

Bu göstərici üzrə Azərbaycan sentyabr ayı ilə müqayisədə iki pillə geriləyib.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (264,15 MB/S), axırıncı yeri isə Kuba (2,19 MB/S) tutub.

Məlumata görə, Azərbaycan sentyabrda mobil internetin sürətinə görə isə 142 ölkə arasında 45,70 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Bu isə avqusta nisbətən 1 pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (269,41 MB/S), sonuncu – 142-ci yeri isə Kuba (3,33 MB/S) tutub.

Bundan başqa, oktyabrda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 46,45 MB/S sürətlə 173 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 323,48 MB/S sürətlə Dubay şəhəri, sonuncu yeri isə 3,78 MB/S sürətlə Kubanın paytaxtı Havana şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 31,72 MB/S sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 1 pillə geriləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 283,12 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 2,09 MB/S sürətlə sonuncu olub.

Mənbə: Speedtest Global Index

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top