
Azərbaycan-İspaniya biznes forumu keçiriləcək
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, aprelin 26-da Bakı Biznes Mərkəzində İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia-Marqallonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçiriləcəkdir.
Biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, nəqliyyat, enerji, sənaye, qida, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
“Pomidor müharibəsi” bitdi
Bu il Azərbaycandan ixrac olunan pomidorların böyük hissəsi – bütün ixracın 97,5 faizi Rusiyanın payına […]
-
Çörəyin qiymətində artım gözlənilir
Azərbaycanda yaxın günlərdə çörəyin qiymətində artım gözlənilir. Oxu.az xəbər verir ki, artımın 5 qəpik civarında […]
-
SOCAR və “QazMunayQaz” transxəzər infrastrukturunun inkişafı üzrə əməkdaşlığı müzakirə edib – FOTO
“QazMunayQaz” (QMQ) SC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyevlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti […]