Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan güləşçisi Cocu Səmədov İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda qazaxıstanlı Asan Janişovla qarşılaşıb. Rəqibinə məğlub olan (0:8) güləşçimiz fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycanın digər güləşçisi Rahim Həsənov (55 kiloqram) təsəlliverici görüşdə çinli Huoyinq Şiyə tam üstünlüklə (10:1) qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada rusiyalı Alibek Amirova uduzaraq (0:10) mundialı 5-ci sırada başa vurub.
Məhəmməd Şükürzadə (63 kiloqram) təsəlliverici görüşdə iranlı Erfan Carkaniyə 1:3, Məzaim Mərdanov (130 kq) isə təsəlliverici qarşılaşmada qırğızıstanlı Samaqan Ormonova 0:9 hesabı ilə məğlub olub. Qeyd edək ki, sentyabrın 2-dən başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]