Azərbaycan gimnastları beynəlxalq turniri üç medalla başa vurublar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan gimnastları beynəlxalq turniri üç medalla başa vurublar

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə üç dəfə fəxri kürsüyə qalxıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülük proqramı üzrə hakimlərdən 72.000 xal alaraq birinci yeri tutub.

Ayrı-ayrı alətlər üzrə çıxışlarda isə 5 halqa proqramında qazandıqları 38.050 xal onlara gümüş medal qazandırıb. Milli komanda üç lent və iki topla hərəkətlərdə də medal əldə edib. Çıxışları 32.800 xalla qiymətləndirilən komanda bu dəfə gümüş medala sahib olub.

Beləcə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası Saraqosada keçirilən beynəlxalq turnirə 3 medalla yekun vurub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top