Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura dörd milyard manata yaxın pul qoyacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura dörd milyard manata yaxın pul qoyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatını və yaxud 10,4%-ni işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3% azdır.

Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top