
Azərbaycan Fransada keçirilən dünyanın ən böyük əmlak bazarında təmsil olunub
Azərbaycan Fransanın Kann şəhərində keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (MİPİM) – dünyanın ən böyük əmlak bazarında təmsil olunub.
Azərbaycanın Fransadakı Səfirliyindən “Report”a verilən məlumata görə, ADREFA (Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya), Azərbaycanın Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (“Le Marché International des Professionnels de l’Immobilier” – MIPIM) Azərbaycanı təmsil edir.
Martın 17-dək keçirilən beynəlxalq tədbir dünyanın ən böyük əmlak bazarı hesab edilir. Belə ki, o, dünya üzrə daşınmaz əmlak sahəsindəki peşəkarları bir araya gətirən, onlar üçün əlaqələrin yaradılması, şəbəkələrin qurulması və sənədləşməni əhatə edən beynəlxalq platformadır.
Tədbir çərçivəsində ADREFA Azərbaycanın daşınmaz əmlak sektoru, bu sahədə əldə olunan inkişaf, həyata keçirilən layihələr, habelə potensial tərəfdaşlara və sərmayədarlara bir sıra investisiya imkanları üzrə məlumat təqdim edir.
Tədbirdə iştirak respublikamız və ölkəmizdəki investisiya imkanları barədə məlumatlandırma ilə yanaşı, Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]