Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyada işini bərpa edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyada işini bərpa edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan 2024-cü ildə Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyinin işini bərpa etməyi planlaşdırır”.

Bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

“2024-cü ildə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Rusiya Federasiyasındakı nümayəndəliyinin (turizm ofisi – Qeyd) işinin bərpası planlaşdırılır ki, bu da ikitərəfli turizm əlaqələrini daha da gücləndirəcək”, – deyə o qeyd edib.

“Biz gələcəyə nikbin baxırıq və onun parlaq olması üçün əlimizdən gələni edəcəyik”, – diplomat əlavə edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top