
“Azərbaycan Dəmir Yolları”nın sədri Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub – FOTO
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanında olub.
“Report” xəbər verir ki, Bakı Hövsan Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Rəşad Daşdəmirov qonaqlara limanın tarixi, imkanları və yük dövriyyəsi haqqında məlumat verib.
Liman administrasiyasının binasında keçirilən görüşdə tərəflər əməkdaşlığın genişləndirilməsi, yük axınlarının artırılması və mövcud problemlərin həlli məsələlərini müzakirə edilib.
Görüşün sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələrinə liman ətrafında ekskursiya təşkil edilib.
BƏNZƏR MƏQALƏLƏR
-
SKSP-nin rezidentinin ixrac coğrafiyası genişlənir
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İZİA-dan […]
-
“Leş avtomobillər”, 1 milyardlıq metal qırıntısı: Yeni qadağadan necə ziyansız çıxmalı? – MÜSAHİBƏ + FOTO
Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin […]
-
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb – FOTO
“Laçın şəhərinin ərazisində yeraltı kommunikasiya xətlərinin çəkilişi bitib”. Bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında […]