Azərbaycan boksçusu Paris Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb
Paris, 10 avqust, Elnur Salahov, AZƏRTAC
Azərbaycan boksçusu Alfonso Dominqes “Paris-2024” Yay Olimpiya Oyunlarında final görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib.
Rəqibinə məğlub olan boksçumuz Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominges ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bununla da Azərbaycan idmançıları Paris Olimpiadasında 5-ci medalı rəsmiləşdirib. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]