Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirə qatılacaqlar – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirə qatılacaqlar

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan boksçuları Rusiyanın Çita şəhərində gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə yığmanın 5 üzvü mübarizə aparacaq.

Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) qüvvəsini sınayacaq.

Avqustun 25-də start götürəcək turnirə ayın 30-da yekun vurulacaq. Artıq səfərə yollanan milli komanda avqustun 31-də Vətənə qayıdacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top