Azərbaycan Birinci Divizionunun qalibi “Araz Naxçıvan” klubu mükafatlandırılıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Birinci Divizionunun qalibi “Araz Naxçıvan” klubu mükafatlandırılıb

Bakı, 23 may, AZƏRTAC

Futbol üzrə Azərbaycan Birinci Divizionda 2022/2023-cü il mövsümünün qalibi “Araz Naxçıvan” klubu mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, XXX turun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) görüşünün ardınca Naxçıvan Muxtar Respublika stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə turnirin bombardirinə xüsusi hədiyyə, daha sonra çempion “Araz Naxçıvan”ın rəsmi şəxslərinə, məşqçilərinə və futbolçularına qızıl medallar təqdim olunub.

Təltifetmə mərasimindən sonra tədbir Əməkdar artist Ədalət Şükürovun da iştirak etdiyi konsert proqramı ilə davam edib.

 

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top