Azərbaycan Beynəlxalq Bankı “ElKart” tariflərini azaltdı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Bankı “ElKart” tariflərini azaltdı

Azərbaycan Beynəlxalq Bankının hissə-hissə ödəniş imkanlı kredit kartı olan “ElKart”dan istifadə indi daha da sərfəli oldu.

Bank “ElKart”-dan istifadə tariflərini xeyli aşağı salıb. İlk növbədə, bu kartla verilən kreditlərin faiz dərəcəsi 36%-dən 22%-dək azaldılıb. Nağdlaşdırma üzrə komisyon haqq da 3%-dən 1%-ə enib. Bundan başqa, kreditlərin rəsmiləşdirilməsi üzrə xidmət haqqı əgər əvvəllər kredit məbləğinin 2%-i təşkil edirdisə, indi bu məbləğ cəmi 20 AZN-dir. “ElKart”-la açılan kredit xəttinin müddəti 2 il, kartın özünün istifadə müddəti isə 6 ildir. Bu kartla 500 manatdan, 5000 manata qədər kredit əldə etmək olar. “ElKart”-la Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları olan yüzlərlə ticarət və xidmət mərkəzlərində ödənişlər aparmaq, müxtəlif güzəştlər qazanmaq, vaxtaşırı keçirilən kampaniyalardan faydalanmaq mümkündür.

2014-cü ildən müştərilərin istifadəsində olan “ElKart” Azərbaycanda buraxılmış ilk təmassız ödəniş kartıdır. “ElKart” “VİSA PayWave” və “Mastercard PayPass” təmassız ödəniş xidmətlərini dəstəklədiyindən ödəniş zamanı kartın POS terminala daxil edilməsinə gərək yoxdur. Kartlar SMS-Xəbərdarlıq xidmətinə də pulsuz qoşulur.

Daha ətraflı: www.elcard.az
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top