Azər Bayramov: “Büdcə təşkilatlarına təqdim edilən təlimatlarda DİM-lərlə bağlı sorğular göndərilib” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azər Bayramov: “Büdcə təşkilatlarına təqdim edilən təlimatlarda DİM-lərlə bağlı sorğular göndərilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın 2022-26-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası” Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırılaraq inteqrasiya edilib”.

“Report” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.

O qeyd edib ki, Azərbaycanda DİM-lərə nail olmaq istiqamətində bir çox mühüm addımlar atılıb:

“O cümlədən, ölkə üzrə dövlət proqram və strategiyalarının bu prinsiplərə uyğunlaşdırılması istiqamətində işlər görülüb. Maliyyə Nazirliyi tərəfindən DİM-lər üzrə əsaslı, əhatəli və informativ işarələnmə həyata keçirilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb. Xüsusən də, ortamüddətli xərclər çərçivəsi ilə bağlı büdcə təşkilatlarına təqdim edilən təlimatlarda artıq DİM-lərlə bağlı göstərişlərin əks etdirilməsi üzrə sorğular göndərilib. Bu istiqamətdə işlər davam etdirilir”.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top