AZAL Turizm işçiləri günü münasibətilə böyük endirim elan edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Turizm işçiləri günü münasibətilə böyük endirim elan edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sabah ölkədə qeyd olunacaq Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verib.

AZAL-dan verilən məlumata görə, sentyabrın 29-da bilet alan hər bir sərnişin bütün istiqamətlərdə 29% endirimdən yararlana biləcək.

Aksiya çərçivəsində biletləri 29 sentyabr – 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.

Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Aksiya AZAL-ın çarter və kod-şerinq reyslərinə şamil edilmir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top