AZAL “Təyyarə bələdçisi” vəzifəsinə işə qəbulu davam etdirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL “Təyyarə bələdçisi” vəzifəsinə işə qəbulu davam etdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) namizədləri aviaşirkətin təcrübəli təyyarə bələdçiləri komandasına qoşulmağa dəvət edir.

Bu barədə AZAL məlumat yayıb.

Təyyarə bələdçiləri ekipajın ayrılmaz hissəsi olaraq hər bir uçuşda vacib rol oynayırlar. Onlar sərnişinlərin rahatlığı üçün xidmət göstərməklə yanaşı, təyyarə göyərtəsində təhlükəsizliyi təmin edirlər.

Problemlərin həllində çeviklik, hər sərnişinə fərdi yanaşma, istənilən vəziyyətə tez reaksiya vermək bacarığı bu peşəni xüsusi edən əsas cəhətlərdir.

“Təyyarə bələdçisi” vəzifəsinə dair tələblər haqqında ətraflı məlumat üçün bu linkə daxil olun: https://glorri.com/azal/6580431c21cae5c4b836ca95

Namizədlər bu vakansiya üzrə www.azal.az saytının “Karyera” bölməsindən müraciət edə bilərlər. Həmçinin CV-ləri [email protected] poçt ünvanına göndərmək və yaxud Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Beynəlxalq uçuşlar” (Şimal) girişində yerləşdirilən xüsusi qutuya atmaq olar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top