AZAL təyyarə bələdçisi vəzifəsi üzrə işçi axtarır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL təyyarə bələdçisi vəzifəsi üzrə işçi axtarır

“Azərbaycan Hava Yolları” (AZAL) özünü təyyarə bələdçisi vakansiyasının tələblərinə uyğun hesab edən hər kəsi müsahibəyə qatılmağa dəvət edir.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, regionun liderlərindən biri kimi tanınan AZAL aviasiya ailəsinin bir hissəsi olmağa hazır olan həvəsli və perspektivli namizədlər axtarışındadır.

Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.

Aviaşirkətdə təyyarə bələdçisi kimi çalışmaq sizə peşəkar inkişaf, komanda işi və unikal təcrübə kimi imkanlar yaradacaq.

Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stressə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:

– Azərbaycan Respublikası vətəndaşı;

– 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);

– minimum tam orta təhsil;

– hərbi bilet (olduğu təqdirdə);

– boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);

– dil bilikləri: Azərbaycan – səlis, ingilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);

– ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;

– mütəmadi ezamiyyətlərə hazır olmaq;

– uçuş üçün tibbi əks göstərişin olmaması.

Təyyarə bələdçisi vəzifəsinə tələblər haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://glorri.com/azal/

Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə “Karyera” bölməsinə keçərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini [email protected] poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top