
AZAL qeyri-adi videoçarx hazırlayıb. VIDEO
Azərbaycanın mülki aviasiyası “On/Off” formatda
“Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Silk Way Holding” Azərbaycanın mülki aviasiya obyektləri barədə “On/Off” formatında çəkilən qeyri-adi videoçarx hazırlamışdır.
İnternetdə böyük populyarlıq qazanan “On/Off” formatı müəyyən bir vaxt tezliyi ilə dəyişən və fərqli yerlərdə çəkilən müxtəlif kadrları əks etdirən selfi-videoçarxıdır.
Videoçarxda pilotlar, təyyarə bələdçiləri, dispetçerlər, həkimlər, kinoloqlar, yanğınsöndürənlər, Milli Aviasiya Akademiyasının tələbələri, “SW Business Aviation”, “SW Technics”, “SW West”, “Baku Cargo Terminal”, “Sky Catering” və Azərbaycan mülki aviasiyasının digər müəssisələrinin işçilərini videoçarxda görmək olar.
Videoçarxı diqqətinizə çatdırırıq.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]