AZAL Pakistanın üç şəhərinə birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır
“Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə iki dəfə olmaqla, birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində həmin ölkənin dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə keçirdiyi ikitərəfli görüşlərdə deyib.
Görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla, nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
R.Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Nazir bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.
Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə, Azərbaycan üzərindən “Şimal-Qərb” və “Şimal-Cənub” dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]