AZAL İstanbul uçuşlarında üçüncü aviabileti hədiyyə edir – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL İstanbul uçuşlarında üçüncü aviabileti hədiyyə edir – FOTO

AZAL aviaşirkəti Bakıdan İstanbula və əks istiqamətdə olan uçuşlarda Yeni il aksiyasını təqdim edir.

İki aviabilet əldə edərkən aviaşirkət üçüncü aviabileti hədiyyə olaraq təqdim edir.

Təklif 26 dekabr 2022-ci il və 8 yanvar 2023-cü il tarixləri arasında yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək.

Aviabiletləri AZAL aviaşirkətinin akkreditə olunmuş bütün agentliklərində və ya aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə sorğu göndərməklə rəsmiləşdirmək mümkündür.

Aksiya çərçivəsində hədiyyəli biletin vergi və rüsumları ödənilir. Biletlərin yenidən təxsis edilməsi və ya qaytarılması yalnız eyni vaxtda həyata keçirilə bilər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top