AZAL İstanbul uçuşlarında “1+1” aksiyası və ikiqat mil təklif edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL İstanbul uçuşlarında “1+1” aksiyası və ikiqat mil təklif edir

“Azərbaycan Hava Yolları” QSC Bakıdan İstanbula və əks istiqamətdə uçuşlar üzrə bahar aksiyasına başlayıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ekonom sinifdə bir aviabilet əldə edərkən ikincisi aviaşirkət tərəfindən ödənişsiz təqdim olunur. Həmçinin, aksiya çərçivəsində “AZAL Miles” kart sahibləri bu marşrut üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar.

Təklif “Azərbaycan Hava Yolları” aviaşirkətinin martın 27-dən aprelin 18-dək həyata keçirilən reyslərinə həm bir tərəfə, həm də gediş-gəliş aviabiletlərinin alınmasına şamil edilir.

Aksiya üzrə aviabiletlərin rəsmiləşdirilməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.

Aksiya çərçivəsində hədiyyəli aviabiletin vergi və rüsumları sərnişin tərəfindən ödənilir.

Aksiya çərçivəsində aviabiletlər bir bronda rəsmiləşdirilməli, hədiyyəli aviabiletin geri qaytarılması və ya yenidən təxsisedilməsi ilkin aviabiletlə eyni vaxtda həyata keçirilməlidir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top