AZAL-ın İstanbul-Bakı reysi texniki səbəbdən təxirə salınıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL-ın İstanbul-Bakı reysi texniki səbəbdən təxirə salınıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən – təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib.

Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

Yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görürük.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top