
AZAL Dubayın turizm məkanlarında sərnişinlərə endirimlər təqdim edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı ilə 15 noyabr 2023-cü il tarixindən 31 mart 2024-cü il tarixinədək Dubaya səyahət edən sərnişinlər BƏƏ-nin ən böyük şəhərinin məşhur turizm və əyləncə məkanlarında endirimlərdən yararlana bilərlər.
AZAL-ın müştəriləri Dubaydakı “Dolphin Bay” delfinariyası və “The Lost Chambers” okeanariumunda 15%, “The View at the Palm” baxış meydançası və “AYA Universe” muzeyində isə 20% endirim əldə edə bilərlər. Endirimdən yararlanmaq üçün AZAL sərnişinləri qeyd olunan məkanları ziyarət edərkən minik talonu və pasportlarını təqdim etməlidirlər.
Qeyd edək ki, təklif yalnız birdəfəlik istifadə üçün keçərlidir və BƏƏ-nin dövlət bayramları zamanı tətbiq edilmir.
BƏNZƏR MƏQALƏLƏR
-
Turizm bələdçilərinin sertifikatlaşdırılması üçün imtahanlar təşkil ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Turizm İnformasiya Sisteminin fəaliyyətə başlaması ilə indiyədək sistemdə 792 […]
-
Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq”. Oxu.Az-ın […]
-
Nicat Abbaslı: “Azərbaycana bu ilin 11 ayı ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçi gəlib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycana bu ilin 11 ayı ərzində 1 milyon 893 […]