AZAL-dan xüsusi təklif: Avropanın səkkiz şəhərinə unudulmaz səyahət – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL-dan xüsusi təklif: Avropanın səkkiz şəhərinə unudulmaz səyahət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” Bakıdan Avropanın səkkiz şəhərinə və əks istiqamətdə xüsusi təklif təqdim edir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aviaşirkətin qeyd edilən istiqamətləri – Praqa, Paris, London, Vyana, Berlin, Barselona, Cenevrə və Milan üzrə aviabiletlərdə güzəştli qiymətlərdən yararlanmaq mümkündür. Təklif 17-26 oktyabr 2023-cü il tarixlərində əldə edilmiş biletlərə və 2024-cü ilin 15 yanvar – 11 mart tarixləri arasında yerinə yetirilən uçuşlara şamil edilir.

Aviabiletlərin dəyərinə hava limanı rüsumları daxildir:

– Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Cenevrə-Bakı biletləri 299 avrodan başlayır;

– Bakı-Paris-Bakı, Bakı-London-Bakı, Bakı-Barselona-Bakı, Bakı-Milan-Bakı biletlərini 399 avrodan başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Güzəştli aviabiletləri aviaşirkətin www.azal.az saytından, həmçinin “Azərbaycan Hava Yolları”nın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Elə indi AZAL-dan aviabilet əldə edin və Avropanın səkkiz şəhərinə unudulmaz səyahətdən zövq alın.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top