AZAL-dan Bakı-İstanbul reyslərinə – Xüsusi təklif
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) populyar Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi təklif təqdim edir. İndi sərnişinlər sərfəli qiymətlərlə Bakıdan İstanbula və əks istiqamətdə səyahət etmək üçün əla fürsət əldə edirlər.
AZAL-dan verilən məlumata görə, əlverişli qiymətlərlə aviabiletləri oktyabrın 10-dan 19-dək əldə etmək mümkündür. 1 noyabr 2023 – 30 mart 2024 (bayram günləri istisna olmaqla) tarixləri arasında bu biletlərlə səyahət edə bilərsiniz.
Bakı-İstanbul-Bakı marşrutu üzrə biletləri 198 avrodan, İstanbul-Bakı-İstanbul marşrutu üzrə isə 226 dollardan başlayan qiymətlərlə əldə etmək olar.
Qeyd edək ki, xüsusi təklif çərçivəsində satılan aviabiletlərin sayı məhduddur, ona görə də bron etmək fürsətini qaçırmayın.
Biletləri aviaşirkətin rəsmi www.azal.az saytından və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]