AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.
Müsahibə barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL” QSC) bir ay əvvəldən öz rəsmi internet saytında, həmçinin mediada elan verir və sənədlərin qəbulunu həyata keçirir.
Müsahibəni “AZAL” QSC tərəfindən yaradılmış komissiya həyata keçirir. Komissiya sədr, katib və beş üzvdən ibarət olmaqla yaradılır. Komissiyanın tərkibinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) bir nümayəndəsi daxil edilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən “AZAL” QSC-nin rəhbərinə təqdim edilir.
İndiyə qədər namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edib və üç ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayıb. Dəyişikliyə əsasən, üç ay sınaq müddəti ləğv edilib. Beləliklə, namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]