AZAL Çinin “Hainan Airlines” şirkəti ilə əməkdaşlığa başlayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Çinin “Hainan Airlines” şirkəti ilə əməkdaşlığa başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” şirkəti ilə xüsusi proreyt sazişi imzalayıb.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, sənəd hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

Saziş çərçivəsində AZAL-ın sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines”ın Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL-ın sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top