AZAL Bakıdan Pekinə uçuşlara başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Bakıdan Pekinə uçuşlara başlayır

AZAL dekabr ayının 19-dan Bakıdan Pekinə uçuşlara başlayır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində təyyarəyə minmək üçün mütləq şərtdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top