AZAL Bakıdan Pekinə birbaşa reys həyata keçirib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Bakıdan Pekinə birbaşa reys həyata keçirib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Çinin paytaxtı Pekinə birbaşa reys həyata keçirib.

Bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, təyyarə dekabrın 19-da, saat 19:40-da Bakıdan qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində enib. Reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları, qonaqlar, o cümlədən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iştirak ediblər.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top