
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletlərin əvvəlcədən alınmasını tövsiyə edir – VİDEO
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq, aviaşirkət sərnişinlərə ən yaxşı uçuş vaxtını təmin etmək və mümkün narahatlığın qarşısını almaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
“Qeyd etmək lazımdır ki, AZAL Bakıdan Naxçıvana və geriyə müntəzəm uçuşların sayını artıraraq gündə 10 reysə çatdırıb. Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.
Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından və ya AZAL-ın kassalarından əldə etmək mümkündür”, – məlumatda bildirilir.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən videotəlimat hazırlayıb. Videotəlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz:
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204-65-54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Turizm üçün yeni destinasiya: “Xınalıq və Köç yolu” necə hazırlanır? – FOTO
<!– –> if (screen.width > 576) { (() => { var zoneInfo = { slot: […]
-
Azərbaycana gələn turistlərin sayı 34% artıb
“Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 turist gəlib”. Bunu Oxu.Az-a açıqlamasında […]
-
Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib
Qubanın Xınalıq kəndində turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və […]