AZAL Bakı-Kişineu reyslərinə bilet satmağa başladı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Bakı-Kişineu reyslərinə bilet satmağa başladı

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.

Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında – www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top