
AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək
İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.
AZAL-dan verilən məlumata görə, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq.
İlkin olaraq, uçuşlar həftədə bir dəfə – cümə axşamı yerinə yetiriləcək.
İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq. Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan, Fars körfəzində yerləşən ada ölkəsidir.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz.
Biletləri, həmçinin, AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
İsraildə Azərbaycan səfirliyinin açılması turizm sektoruna necə təsir edəcək?
Bu həftə Azərbaycanın İsraildə səfirliyinin açılması bir çox sahələrdə mövcud olan əməkdaşlığın daha da dərinləşməsi […]
-
Bakı dünyanın trend məkanları SİYAHISINDA
ABŞ-nin nüfuzlu “TripAdvisor” xidmətinin səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında Bakının da adı var. […]
-
Bu il Azərbaycandan xaricə gedənlərin sayı artıb
Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni […]