AZAL: “Azərbaycan dilində səlis danışan təyyarə bələdçiləri tapmaqda çətinlik çəkirik” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL: “Azərbaycan dilində səlis danışan təyyarə bələdçiləri tapmaqda çətinlik çəkirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ana dilimizdə səlis danışan təyyarə bələdçiləri axtarır”.

“Report” xəbər verir ki, bunu AZAL-ın İnsan resursları departamentinin müdiri Ellada Alışova Bakıda keçirilən “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində təşkil edilmiş “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları” mövzusunda panel müzakirələrində bildirib.

O, qeyd edib ki, tezliklə bu istiqamətdə yeni kampaniyaya start veriləcək.

“AZAL təyyarə bələdçisi işləmək üçün ali təhsil tələb etmir. Hazırda bələdçi tapmaqda çətinlik çəkirik. Əsas istəyimiz Azərbaycan dilində səlis danışmağı bacaran xanımların bizə müraciət etməsidir”, – deyə AZAL rəsmisi əlavə edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top