AZAL Avropanın mədəni və tarixi mərkəzi Vyanaya uçuşlara başlayır – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZAL Avropanın mədəni və tarixi mərkəzi Vyanaya uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Bu barədə Oxu.Az-a AZAL-dan bildirilib.

Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top