Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları AÇIQLANDI – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi çərçivəsində bu günə kimi 14 yerdə su elektrik stansiyası (SES) tikilərək yenidən qurulub və hazırda 3 stansiyada işlər tamamlanır”.

“APA-Economics” xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev deyib.

Onun sözlərinə görə, hazırda 9 yerdə SES-lərin tikintisi davam edir. Eyni zamanda, həmin ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir.

Baba Rzayev qeyd edib ki, bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib və 700 km-dən artıq 330 və 110 kVt-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top