Ayxan Abbasov: “Şamaxı” klubuna legioner futbolçular cəlb etmək fikrimiz var – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ayxan Abbasov: “Şamaxı” klubuna legioner futbolçular cəlb etmək fikrimiz var

Bakı, 13 iyun, AZƏRTAC

“Çətin bir işin başlanğıcında olduğumun fərqindəyəm. Buna baxmayaraq, həm mən, həm də klub rəhbərliyi komandanın inkişaf edəcəyinə inanırıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında növbəti mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandasının yeni baş məşqçisi Ayxan Abbasov təyinatı ilə bağlı danışarkən deyib.

43 yaşlı mütəxəssis “Turan Tovuz”dan ayrıldıqdan sonra Şamaxı təmsilçisindən təklif aldığını bildirib: “Müzakirələrimiz 10 günə yaxın davam etdi. Əlbəttə, qarşımıza müəyyən məqsədlər qoyulub. I Liqadan gələn komandanın tək hədəfi, təbii ki, Premyer Liqada möhkəmlənməkdir. Çalışacağıq ki, yaxşı komanda quraraq Azərbaycan çempionatında layiqli mübarizə aparaq. Kluba legionerlərin cəlb olunması ilə bağlı planlarımız var. Lakin bunu hazırda detallı şəkildə açıqlamaq doğru olmaz”.

Qeyd edək ki, Ayxan Abbasov “Şamaxı” klubu ilə 1 illik müqavilə imzalayıb. Mütəxəssis bu vəzifədə Ramiz Məmmədovu əvəzləyib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top