Avstraliyada uşağı öldürən timsah güllələnib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avstraliyada uşağı öldürən timsah güllələnib

Bakı, 10 iyul, AZƏRTAC

Avstraliyanın Şimal Ərazisində uşağı öldürən timsah yerli mühafizəçilər tərəfindən güllələnib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, çərşənbə günü polis iyulun əvvəlində 12 yaşlı qıza hücum edən 4,2 metrlik su timsahının tapılaraq məhv edildiyini təsdiqləyib.

Balaca qız iyulun 2-də ailəsi ilə Darvindən 200 kilometr cənub-qərbdə, ucqar Palumpa şəhəri yaxınlığındakı çayda çimərkən yoxa çıxıb. Onun qalıqları iyulun 4-də havadan müşahidə, polis, park mühafizəçiləri və yerli icma üzvlərinin iştirak etdiyi ikigünlük axtarışdan sonra tapılıb.

Polis araşdırmalardan sonra onun xəsarətlərinin timsah hücumunun nəticəsi olduğunu söyləyib. Bildirilib ki, bu, 2018-ci ildən bəri ilk ölümcül timsah hücumu olub.

Qeyd edək ki, Avstraliyanın Şimal Ərazisində vəhşi təbiətdə 100 mindən çox su timsahının olduğu təxmin edilir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top