Avstraliyada qadın ölümcül xəstəlikdən sonra sağ qalıb
Avstraliyalı qadın mal-qara və marallara ziyan vuran “Clostridium chauvoei” bakteriyası ilə nadir və eyni zamanda ölümcül infeksiya nəticəsində sağ qala bilib. Daha əvvəl məlum olan insanların bu mikroorqanizmə iki yoluxma halı ölümlə nəticələnib.
Məlumdur ki, xəstəliyin klinik əlamətləri üzə çıxmazdan az əvvəl qadın bağçada əlcəksiz işləyib. Eyni zamanda, ev pişiyinin onun əlini cırması nəticəsində əllərində çoxsaylı cırmaq izi olub.
Həkimlərin sözlərinə görə, çox vaxt torpaqda rast gəlinən bakteriya xəstənin bədəninə zədələnmiş dəri vasitəsilə daxil olub.
İnək, qoyun, uzunqulaq və camışlarda “Clostridium chauvoei” emkar (emfizematoz karbunkul) kimi tanınan ağır qeyri-yoluxucu xəstəliyə səbəb olur və çox vaxt heyvanın ölümü ilə nəticələnir. Amma insanların bu bakteriyaya yoluxması müstəsna haldır.
Qadın demək olar ki, üç gün evdə həzm pozğunluğundan, qarın və əzələlərdə çox şiddətli ağrılardan əziyyət çəkib. Həkimlər ehtiyat tədbiri olaraq xəstəyə antibiotik terapiyası təyin ediblər ki, bu da çox ehtimal ki, onun həyatını xilas edib. Çünki nəhayət diaqnoz qoyulanda xəstə artıq ölmüş ola bilərdi.
Bu halda qadının bağırsağının bir hissəsi kəsib götürülməli və hiperbarik oksigen terapiyası təyin edilməli olub.
Alimlərin fikrincə, xəstəliyin ilkin mərhələsində müalicəyə başlanıldığı üçün xəstə sağ qala bilib.
Mənbə: The Guardian
BƏNZƏR MƏQALƏLƏR
-
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz 2024-cü ildə ata və oğuldan (Kris və Mik […]
-
ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, […]
-
Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə […]