Avrozonada istehlakçı inam indeksi azalıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avrozonada istehlakçı inam indeksi azalıb

Roma, 24 avqust, AZƏRTAC

Avrozonada istehlakçı inam indeksi avqust ayında əvvəlki ayla müqayisədə 0,4 bənd azalaraq 13,4-ə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda deyilir.

Bazar proqnozları isə indeksin 12,7 təşkil edəcəyi istiqamətində qərarlaşıb. İstehlakçı inam göstəricisi iyul ayında 13 olub.

Hesabat ayında istehlakçı inam indeksi həm Avrozonada, həm də bütövlükdə Avropa İttifaqında azalıb. Sözügedən dövrdə Avropa İttifaqı üzrə istehlakçı inam indeksi iyul ayı ilə müqayisədə 0,1 bənd azalaraq 12,3-ə enib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top