Avropa ölkəsi şiddətli quraqlıqla üzləşib
2023-cü ilin aprel ayında Portuqaliya ekstremal hava şəraiti ilə üzləşib.
Quraqlıq Avropa ölkəsinin materik ərazisinin demək olar ki, 90 faizinə təsir edib.
Xüsusilə, ölkə ərazisinin beşdə birinə şiddətli quraqlıq təsir edib ki, bu da mart ayı ilə müqayisədə iki dəfə, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə isə beş dəfə çoxdur. Portuqaliyanın bəzi bölgələrində həddindən artıq quraqlıq hökm sürür – ən çox şimal-şərq və cənub hissələri təsirlənib.
Eyni zamanda, bu ilin aprel ayı Portuqaliya üçün son iki ildə üçüncü ən quraq ay oldu. Quraqlıq daha çox kənd təsərrüfatına zərər vurub. Portuqaliya səlahiyyətliləri Avropa Komissiyasından vəziyyətin həllinə kömək istəyiblər.
Mənbə: Reuters
BƏNZƏR MƏQALƏLƏR
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]
-
AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında […]
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti (“Rosobrnadzor”) […]