Avropa kuboku yarışında ölkəmizi yeddi cüdoçu təmsil edəcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa kuboku yarışında ölkəmizi yeddi cüdoçu təmsil edəcək

Bakı 26 may, AZƏRTAC

Mayın 27-28-də Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda üç çəki dərəsində yeddi cüdoçu ilə təmsil olunacaq.

Turnirdə ölkəmizin idman şərəfini Bahadır Feyzullayev, Nihad Məmişov (hər ikisi 50 kq), Həsən Həsənli, Murad Fətullayev (hər ikisi 55 kq) və Fərid Qasımzadə, Nicat Süleymanov və Ayxan Mirzəzadə (hər üçü 60 kq) qoruyacaqlar.

Cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top