“Avro-20242: Türkiyə-Gürcüstan oyununda ikinci hissə başlayıb – YENİLƏNİB-3 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Avro-20242: Türkiyə-Gürcüstan oyununda ikinci hissə başlayıb – YENİLƏNİB-3

Bakı, 18 iyun, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk hissədən sonra matçda hesab bərabərdir – 1:1.

Türkiyə yığmasının qoluna Mərt Müldür imza atıb. Gürcülərin heyətində isə Jorj Mikautadze fərqlənib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

20:52

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Türkiyənin heyətində Mərt Müldür, Gürcüstanda isə Jorj Mikautadze fərqlənib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

20:32

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ilk qol vurulub.

AZƏRTAC xəbər verir ki, 26-cı dəqiqədə Mərt Müldür baxımlı zərbə ilə 2ay-ulduzlular”ı hesabda önə keçirib.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

20:01

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmaları arasında oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top