Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır
Bakı, 18 iyun, AZƏRTAC
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşlər F qrupunda baş tutacaq. Əvvəlcə meydana Türkiyə və Gürcüstan komandaları çıxacaqlar. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə Portuqaliya ilə Çexiya yığmaları üz-üzə gələcək. Matç 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]