Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb – YENİLƏNİB-4 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb – YENİLƏNİB-4

Bakı, 27 iyun, AZƏRTAC

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş Türkiyənin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 50-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. 66-cı dəqiqədə isə Çexiyanın heyətində Tomaş Souçek tablodakı rəqəmləri eyniləşdirib. Matçın yekun nəticəsini 90+5-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olarq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.

Türkiyə 1/8 finalda Avstriya yığması ilə qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə, Danimarka,Rumıniya, Belçika və Slovakiya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

00:35

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, oyunun 66-cı dəqiqəsində Çexiyanın heyətində Tomaş Souçek hesabı bərabərləşdirib.

Qeyd edək ki, görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.

00:17

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, oyunun 50-ci dəiqəqəsində Hakan Çalhanoğlu hesabı açıb.

Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.

00:10

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunun ikinci hissəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra hesab açılmayıb.

Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.

23:54

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyunun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.

23:01

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü rumıniyalı referi İştvan Kovaç idarə edir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top