Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Bakı, 1 iyul, AZƏRTAC

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması Fransa və Belçika yığmaları arasında olacaq. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığma komandaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top