Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib – YENİLƏNİB 7 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib – YENİLƏNİB 7

Bakı, 15 iyun, AZƏRTAC

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.

AZƏRTAC xəbər verir ki, Münxen şəhərində yerləşən “Alyants Arena”da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niklas Füllkruq və 90+3-cü dəqiqədə Emra Can vurublar.

Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.

Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.

00:44

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Münxen şəhərində yerləşən “Alyants Arena”da oynanılan açılış görüşündə almanlar 4:0 hesabı ilə qalib gəlir.

Qolları 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts və 69-cu dəqiqədə Füllkruq vurublar.

Matçda ikinci hissə davam edir.

00:07

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçın ikinci hissəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, Münxen şəhərində yerləşən “Alyants Arena”da oynanılan açılış görüşündə almanlar 3:0 hesabı ilə qalib gəlir.

Qolları 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala və 45+1-ci dəqiqədə Kai Haverts vurublar.

Matçda ikinci hissə davam edir.

23:58

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçın ilk hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən “Alyants Arena”da oynanılan açılış görüşünün ilk yarışından sonra almanlar 3:0 hesabı ilə qalib gəlir.

Qolları 10-cu dəqiqədə Florian Virts, 19-cu dəqiqədə Camal Musiala və 45+1-ci dəqiqədə Kai Haverts vurublar.

23:24

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matçda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən “Alyants Arena”da oynanılan açılış görüşünün 10-cu dəqiqəsində Florian Virts, 19-cu dəqiqəsində isə Camal Musiala fərqlənib.

Matçda birinci hissə davam edir.

23:00

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başlayıb.

AZƏRTAC xəbər verir ki, Münhen şəhərində yerləşən “Alyants Arena”da oynanılan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı fransalı Kleman Trüpen idarə edir.

22:13

Avropa çempionatının açılış oyununda Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək oyun üçün start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça komandalar aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Almaniya: Manuel Noyer, Kimmix, Rüdiger, Tah, Mittelştadt, Andriç, Toni Kroos, Camal Musiala, İlkay Gündoğan, Florian Virts, Haverts

Şotlandiya: Qun, Porteous, Hendri, Tierney, Ralston, MkTominay, MkQreqor, Robertson, McQinn, Adams, Kristie

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top