“Atabank” və “Bank Standard”ın əmlakları hərraca çıxarılacaq
İyulun 6-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin, iyulun 20-də isə “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.
Bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Atabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, 1168-ci məhəllə, Xocalı prospekti 45A ünvanında yerləşən 9 624,7 kv.m-lik qeyri-yaşayış sahəsindən və “Bank Standard”a məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında yerləşən 1 034,8 kv.m-lik əmlak kompleksindən gedir. Əmlaklara müvafiq olaraq 20 milyon manat və 730 min manat qiymət qoyulub.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan-Polşa biznes forumu keçirilib
Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Polşanın İnvestisiyalar və Ticarət Agentliyinin (PAIH) […]
-
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bakı Ekspo Mərkəzində təşkil edilən “4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi” çərçivəsində Dördüncü Sənaye İnqilabı (4Sİ) […]