
ATAA ilə Həştərxanın turizm təşkilatları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 8 may, AZƏRTAC
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdədir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində təşkil edilən səfərdə nümayəndə heyətinin tərkibində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov da iştirak edib.
Səfər çərçivəsində ATAA sədri Həştərxan Vilayətinin iqtisadi inkişaf nazirinin müavini Leysan Raşitovna, “Həştərxan Turizm Liqası”nın turoperat və turagentlərin təşviqi Assosiasiyasının direktoru Alfiya Ryastamovna və bir sıra yerli turizm şirkətlərinin rəhbərləri ilə işgüzar görüş keçirib.
ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Göydəniz Qəhrəmanov turizmin inkişafı, Assosiasiyanın fəaliyyəti, ölkə turizminin inkişafındakı rolu və üzvlərinin sayı haqqında məlumat verib.
Görüş çərçivəsində iki ölkənin turizm təşkilatları arasında əlaqələrin inkişafı, əməkdaşlıq imkanları, birgə iş birliyinin yaradılması, qarşılıqlı biznes fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.
Həmçinin müzakirələr zamanı turizm agentlikləri və turoperatorlar arasında kommunikasiya və tərəfdaşlıq əlaqələrinin yaradılması, turizm məhsullarının təşviqi, turist cəlbediciliyinin artırılması məqsədilə turistik səfərlərin sayının artırılması, eləcə də turizm şirkətləri ilə B2B formatlı görüşlərin keçirilməsi, turizm sahəsində təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bir sıra rəsmi tədbirlər və konsert proqramı təşkil edilib.
Qeyd edək ki, hazırda Bakı-Həştərxan-Bakı reysləri üzrə həftədə 5 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
BƏNZƏR MƏQALƏLƏR
-
Tərtərdə uşaq yaradıcılıq festivalı keçirilib
Tərtər, 1 iyun, AZƏRTAC Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı […]
-
Ədliyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib
Bakı, 1 iyun, AZƏRTAC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən […]
-
Abşeron və Qəbələdə becərilən çaytikanı bitkisinin məhsuldarlığı araşdırılıb
Bakı, 1 iyun, AZƏRTAC Çaytikanı (Hippophae rhamnoides L.) meyvəsi mineral maddələrlə və vitaminlərlə zəngindir. Onun […]