Astanada təyyarədə partlayış təhlükəsi: Uçuş 6 saatdan çox gecikdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Astanada təyyarədə partlayış təhlükəsi: Uçuş 6 saatdan çox gecikdi

Astana-Almatı reysinin sərnişinlərindən birinin təyyarədə bomba olduğunu deməsi səbəbindən “Air Astana” aviaşirkəti uçuşu təxirə salıb.

Bu barədə Qazaxıstan aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü il aprelin 16-da “KC996” Astana-Almatı reysi ilə uçan təyyarənin sərnişinləri və işçilər təxliyə ediliblər. Normal rejimdə təyyarəyə baxış keçirilib.

Partlayıcı qurğu ilə bağlı məlumat təsdiqini tapmayıb. Uçuşun ümumi gecikməsi 6 saat 29 dəqiqə çəkib.

Yalan məlumat verən sərnişin isə hüquq-mühafizə orqanlarına təhvil verilib, barəsində cinayət işi başladılıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top